2002-2003-cü illərdə reytinq rekordları qıran “Asmalı konak” serialının ikilisi Nurgül Yeşilçay və Özcan Deniz 13 il sonra yeni filmə çəkilir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə. “İkinci şans” adlanan filmin məşqləri artıq başlayıb, əsas çəkilişlər isə qarşıdakı günlərdə start götürəcək.
Ö.Denizin filmin ssenarisini 7 il əvvəl yazdığı, ancaq Nurgülün və özünün baş qəhrəmanlara uyğun yaşa gəlmələrini gözlədiyi məlum olub. Ekran işi aktrisaya 40 yaş hədiyyəsi olaraq ortalığa çıxıb.