42 yaşlı Hollivud ulduzu Eva Mendes ikinci dəfə ana olub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa yenidən qızı dünyaya gəlib. Körpəyə Amanda adı verilib.
Qeyd edək ki, 35 yaşlı aktyor Rayan Qoslinqlə ailə həyatı quran aktrisanın 2 yaşlı Esmiralda adında daha bir qızı var.