Загрузка...

img2077286

H.Hacıyev: “Vaan Martirosyan Bakıda olarkən…”; “Deyirlər ki, Hafiz Hacıyev Ermənistanda Atom Elektrik Stansiyasını partlatmaq üzrədir”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin erməni qadınlardan uşaqlarının olması barədə fikirləri rezonans doğurub. Artıq bəzi mətbuat orqanları partiya sədrinin övladlarının axtarışına çıxıblar. Hətta “tapıblar da”…

Belə ki, 28-may.az saytı ötən ilin sentyabrında Bakıya ailəsi ilə birlikdə pənah gətirən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın Hacıyevin övladı olması ilə bağlı iddialar səsləndiriblər.

Məsələ ilə bağlı partiya sədrinin özü ilə əlaqə saxladıq. H.Hacıyev bunları dedi: “Media bizdə azaddır. Belə bir şeyin olduğunu deyə bilmərəm. Sadəcə saytlar reytinq yığmaq naminə belə xəbərlər verirlər. Qondarma saytların nə yazmağından asılı olmayaraq, sözümün üzərində qalıram.

Ermənilərdən övladlarımız çox olub. Onlar daimi qulumuz olublar. Onların belində gəzmişik. İndi fağır Qarabağ taparaq, orada at oynadırlar. Amma vaxtı ilə biz onların üzərində at oynatmışıq. Zaman gələcək, yenə də belə edəcəyik. Kimin nə yazmasından asılı olmayaraq, erməniləri qapaz altı etdiyimizi bir daha bəyan edirəm. Lazım gəlsə, gedib Xankəndində onların belində gəzəcəyik. Bunun artıq zamanı gəlib. Bizdən törəyən ermənilərə tapşırıq vermişik ki, onların Atom Elektrik Stansiyasını göstəriş verdiyimiz an partladın. Vaan Martirosyan Bakıda olarkən onunla hər hansı bir təmasım olmayıb. Hələ ki onunla əlaqəm yoxdur.

Amma müsəlmanlardan törəyənlərdən zamanı gələndə istifadə edəcəyik. Xalqımız bilsin ki, məni növbəti seçkilərdə prezident seçsələr, Xankəndini paytaxt edəcəm. Erməni və rus saytları açıqlamalarından narahat olublar. Deyirlər ki, Hafiz Hacıyev Ermənistanda Atom Elektrik Stansiyasını partlatmaq üzrədir. Məndən çox qorxurlar. Məhz açıqlamalarımdan sonra erməni parlamenti istədiyi qərarı son iclasında qəbul edə bilmədi. Biz daim gözləmə mövqeyində olmuşuq, amma bu gün Hafiz Haciyev və tərəfdarları hücuma keçmək niyyətindədirlər.

Bizdən olan uşaqlarımıza demişik ki, göstəriş verdiyimiz an Ermənistanda metrostansiyaları partladın, Köçəryanın evini başına uçurun. Hafiz Hacıyev nə dediyini bilir. Xalqım hər şeydən əzizdir. Ermənilər bilsinlər ki, dərslərini verəcəyik, özü də onların içərisində olan kamikadzelər vasitəsilə. Əlimizi yanımıza qoyub oturmamışıq. Lazım gələrsə, mənim özüm də canlı bomba olub, onların içərisinə daxil olub, hamısını partladaram”.