Ötən il ABŞ-da Sara Skott adlı xanımla nişanlanan türkiyəli məşhur aktyor Tolqa Karel özünə toy edib. ANS PRESS-in məlumatına görə, cütlüyün toyu Dominikan Respublikasında baş tutub.
Tolqa Kareli xoş günündə yaxınları və dostları tək buraxmayıb. Mərasimdə Tolqanın duyğusal nitqi gəlin Saranı gözyaşlarına boğub.
Tolqa Karel amerikalı sevgilisi ilə 6 aydan çoxdur birlikdədir. O, evlilik təklifini Yeni il gecəsində səsləndirib. “Toyu Dominikanda edəcəyik. Bu yerin “Survivor”dan sonra məndə ayrı yeri var”.
Toy hazırlığın Karelə 100 min dollara yaxın vəsaitə başa gələcəyi deyilirdi. Cütlüyün bal ayı isə Las-Veqas və Los-Ancelesdə olacaq.
Tolqa Karel daha əvvəl azərbaycanlı model Günay Musayeva ilə evli olub. G.Musayeva və T.Karel bir neçə il öncə sürpriz şəkildə evləniblər. Onlar dəfələrlə boşanma məsələsi ilə gündəmə gəliblər. Lakin hər dəfə birlikdə ictimaiyyət arasında görünməklə bu şayiələri təkzib ediblər. Ötən il isə cütlük rəsmən ayrıldığını elan edib. Cütlüyün ayrılmasına səbəb kimi də T.Karelin xəyanəti göstərilir. Cütlüyün Cihangir Can adlı bir oğlu var.