İki bahalı maşının dayandığı yerə gələn bir nəfər, maşınların birinin altına bomba yerləşdirib.
Musavat.com xəbər verir ki, hadisə Rusiyada baş verib.
Şübhəli şəxs, hadisə yerindən qaçdıqdan sonra, həmin yerə yaxınlaşan digər maşının sahibi sükan arxasına keçib. Bu sırada ağ rəngdə olan maşının altına yerləşdirilən bomba partlayıb. Partlayışın təsiri ilə şoka düşən şəxs maşınından aşağı enməyib və maşında gözləyib. Bir müddət yerində gözləyən şəxs, bir müddət sonra hadisə yerindən avtomobili ilə uzaqlaşıb.
Həmin anlar təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.