46 yaşlı müğənni Meray Kerri və onun keçmiş həyat yoldaşı 35 yaşlı Nik Kennon uşaqlarıyla birlikdə görüntülənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş ər-arvad uşaqlarının onların ayralmasından çox üzülməməsi üçün tez-tez bir araya gəlirlər. Cütlük 5 yaşlı əkizləri Monro və Morokko ilə birlikdə ailəvi yeməyə çıxıblar. Uşaqların atası Nik Kennon birlikdə çəkdirkliəri fotoları Instagramdan paylaşaraq, bunu geniş kütlə üçün sərgiləyib.
Qeyd edək ki, 2014-ci ilin dekabrında Nik və Meray altı illik evlilikdən sonra boşanıblar. Hazırda Ceyms Peker adlı milyarderlə nişanlı olan müğənni toya hazırlaşır.