Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov 3 məhkəmə hakimini istefaya çağırıb.
Axar.az xəbər verir ki, Kadırov bəyanatında Ali Məhkəmə sədri Məhəmməd Karataev və 3 məhkəmə hakiminə könüllü olaraq istefaları barədə ərizə yazmağı təklif edib.
“Əgər onlarda şərəf və əxlaq anlayışı varsa, istefa verəcəklər. Əminəm ki, bu onların həyatında ən düzgün qərar olacaq. Çeçenistanda heç bir hakim haqsız olaraq qərar çıxara bilməz”, – Kadırov qeyd edib.