İŞİD terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisini qaçırdığını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə təşkilatın türk dilində nəşr olunan “Konstantin” jurnalında məlumat verilib.
“Amerikanın səsi”nin məlumatına görə, S.T. adlı türkiyəli hərbçi barədə jurnalın növbəti sayında daha geniş məlumat veriləcək.
İqdır vilayətindən olan hərbçinin Kilisdə qaçırıldığı təxmin edilir.