“Topxanadan başladı bu dığ-dığa,
Gəldi xəbər armudu kəsmiş dığa,
Vurrey ilə töküldük Azadlığa,
İndi ora quş da biletnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir”.
(Baba Pünhan)
Azərbaycan sürətli, analoqu olmayan şəkildə inkişaf etdiyiüçün bizim məmurların uşaqları da sürətli maşınlaraaludəçidirlər. Ancaq uğurlarımızı istəməyən xarici qaraqüvvələr onların avtomobillərini vaxtaşırı saxlayır, özləriniisə cərimələyirlər. Bu, dünyanı bürüyən ikili standartınnəticəsidir. Axı necə olur, biz paytaxtımızın əsas küçələriniFormula-1 yarışları üçün bağlayırıq, ancaq hansısa xaricidövlətin polisi sürət həddini cəmi-cümü 200 kilometr-zadaşdığı üçün hansısa məmurumuzun gül balasını tutur, sürücülük vəsiqəsini əlindən alır, pul cəriməsi yazır? Laptəzəlikcə birini İstanbulda tutublar. Bəs “bir millət, ikidövlət” idik, nə oldu? İmkan verin uşaqlar maşın sürsünlər.
Əslində yaxşı olar ki, bizim məmurların uşaqları heç xaricidövlətlərə gedib, maşın sürüb oraları şərəfləndirməsinlər. Öz vətənimiz hamısından yaxşıdır. Dolma, lavaş, “Sarıgəlin”, Avrovizion, Avropa oyunları, çilingağac, kəlağayı vəsairə – bunlar başqa harda var? Burda maşını istəsən bərksür, istəsən içib sür, istəsən yolda bir neçə nəfəri basdala – heç kimin tükü tərpənmir. Çünki biz, həmin məmuruşaqlarının hara tələsdiyini yaxşı başa düşürük. OnlarAzərbaycan həqiqətlərini dünyaya yaymaq üçün maşınıbərk sürürlər. Bu həqiqətlər uca millətimizə ermənizülmünü də özündə əks etdirdiyi üçün ayıq başla bununyükünü çəkmək olmaz, o üzdən içib sürürlər. Yolda vurulubölənlərə gəldikdə, o da ciddi problem deyildir, bizdə artımmüsbət saldoya malikdir. Hər il 50 min adam ölsə 100 minidoğulur. Bəlkə də kökü kəsilməkdə olan başqa dünyaxalqları bizim uşaqların maşınla adam vurmasındanqorxmaqda haqlıdır. Nə etsinlər, azalırlar, bu yandan da sənmaşınla kəsiri böyüt… Qalırsan belə, nə edəsən… Bəlkə bizsizin demoqrafik problemin həllinə də yardım edək? Qərbinenerji, təhlükəsizlik, musiqi, mədəniyyət, iqtisadiyyatproblemlərinə verdiyimiz töhfələr sonsuzdur, indi nəsilartırmağa da kömək göstərək.
Sürət əsrində yaşayırıq, bunlar isə bizim məmur uşaqlarınınahaq yerə dayandırmaq istəyir. Keçən ay BakınınNərimanov rayonunda 4 saylı avtobusun iki sürücüsüdalaşmışdı, biri o birini bıçaqlayıb öldürmüşdü. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, onlardan biri obirisinin qrafikinə hardasa 3 dəqiqə “giribdir”. Görün necədəqiq bir millətimiz vardır! 3-4 dəqiqə bizdə ölüm-dirimməsələsidir. “Alman dəqiqliyi” ifadəsini “Azərbaycanlıavtobus sürücülərinin dəqiqliyi” ifadəsi ilə əvəz etməyinvaxtı çatmışdır, ümid edirəm tezliklə bu istiqamətdəsərəncam veriləcəkdir, onsuz son vaxtlar verilənsərəncamlar təxminən elə bu tipdədir.
Sürətləndirmənin bizim ölkədə tarixi keçmişi vardır. Bəlkəuşaq-muşağın yadına gəlməz, bu termini biz sovet adamlarıilk dəfə 1985-ci ilin aprelində Sov.İKP MK-nın (artıq buabbreviaturanın açılışını bilməyən nəsil yetişib, gözünüzaydın – Z.H.) aprel plenumunda yoldaş Qorbaçovdaneşitmişdik. O zaman bu işin adı “İqtisadi-sosial inkişafınsürətləndirilməsi proqramı” adlanırdı. Guya SSRİ o çağaqədər inkişaf eləmişdi, biz də indi bunu sürətləndirməliydik. Halbuki, kommunist mexanizmləri tamam dağılmaq üzrəidi, ölkə böyük bir bataqlıq, korrupsiya, deqradasiya içindəboğulurdu. Elə bil uçurumun qırağına doğru gedirdik, Qorbaçov isə bunu sürətləndirməyi təklif edirdi. Nəticədəcəmi 1 il sonra Çernobıl AES qəzası, Qazaxıstandaiğtişaşlar oldu, ölkə sürətlə, palçıq nəhəng kimi ovulubtöküldü.
Bunu ona görə xatırlatdım ki, biz bəlkə bir az yavaşlayaq, çox sürətlə getməyək, başqa dünya xalqları da gəlib çatsın, uğurlarımıza geridən, tozanaq içində baxıb paxıllıqdançatlamasınlar, acıqlarını məmurlarımızın gül balalarındançıxmasınlar.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.