Rusiyanın Kuril adaları sahillərində 5,5 bal gücündə zəlzələ olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Şikotan adasından 57 km şərqdə, ocağı isə 69 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkən yoxdur. Sunami təhlükəsi elan olunmayıb.