Əməkdar artist Röya Ayxanın maraqlı videosu yayılıb.
BiG.AZ xəbər verir ki, yayımlanan video birmənalı qarşılanmayıb. Belə ki, toy məclislərindən birində Röya Ayxan “Düşürsən tez-tez yada” mahnısını ifa edir. Ona yaxınlaşıb, “selfie” çəkdirən oğlanı görən müğənni arxasını çevirib, ifasına davam edir. Şəkil çəkdirmək istəyən oğlanın həvəsi qursağında qalır. Olanları özünüz izləyin: