78912_tdgdki0qym

 

“Paramparça” serialında birgə rol aldıqdan sonra bir-birləri haqda ağır ittihamlar səsləndirən Erkan Petekkaya və Nurgül Yeşilçay məhkəməlik olublar.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Nurgül bu gün vəkili ilə birgə Bakırköy məhkəməsinə gələrək ifadəsini verib. Aktrisa daha sonra yenə vəkili ilə bərabər oradan ayrılıb.