41 yaşlı Hollivud ulduzu Leonardo DiKaprio 24 yaşlı ingilis modellə eşq yaşayır.
Axşam.az xarici KİV-ə istinadla xəbər verir ki, Oskar mükafatlı aktyor obrazları qədər eşqbazlığıyla da adını tez-tez gündəmə gətirib. Könlünü özündən 17 yaş kiçik Roxy Hornera verdiyi bildirilən aktyor hər kəsi təəccübləndirib. Mətbuat cütlüyün fevralda Londonda görüşmələrinin ardından, bu dəfə Nyu-Yorkda romantik bir yemək yediyini yazıb.