ABŞ gəmilərinə yaxınlaşan Rusiya qırıcıları vurulmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
O, Baltik dənizində yaşanan olayların sırf Barak Obamaya hörmətsizlikdən irəli gəldiyini bildirib:
“Məsələ ilə bağlı Obama Putinlə görüş keçirməlidir. Əgər durum dəyişməsə, ABŞ gəmilərinə yaxınlaşan Rusiya qırıcıları vurulmalıdır”.
Xatırladaq ki, aprelin 11-də Baltik dənizində üzən ABŞ-ın Donald Kuk hərbi gəmisinə Rusiya qırıcıları təhlükəli məsafədə yaxınlaşmışdı.