Almaniya xüsusi xidmət orqanları 90 müsəlman təşkilatını izləyir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya əks-kəşfiyyatının (BND) lideri Hans-Georq Maasen söyləyib. Onun sözlərinə görə, bu addımın atılmasına əsas səbəb ölkədə olan terror təhlükəsidir.
O, izləmələrin xüsusilə ərəbdilli obyektlərdə aparıldığını bildirib.
Maasen radikal islamçıların Almaniyada terror törətmək təhdidinin hər keçən gün daha da artdığını bildirib. Onun fikrincə, bütün bunlar müsəlmanların hamısının terrorçu hesab edilməsinə əsas vermir.