“Ağ Ev Müxbirlər Birliyi”nin ənənəvi yeməyinə prezident olaraq sonuncu dəfə qatılan ABŞ-ın dövlət başçısı Barak Obama vida danışığı edib.
Modern.az-ın xarici KİV-nə istinadən xəbərinə görə, gələn il bu səhnədə bir qadın prezidentin danışacağını deyən Obama, ad çəkmədən Hillari Klintona işarə edib. Eyni zamanda respublikaçı namizəd Donald Tramp barəsində yenə zarafat laşıb.
Trampdan danışan Obama “bu axşam burda olmamasından biraz incidim.Keçən dəfə çox əylənmişdik” deyib. Daha sonra sözlərinə davam edən Obama “bu, bir az təəccublüdü, otaq jurnalistlərlə, tanınmışlarla, kameralarla doludu və o, gəlmir. Bu tədbir Donald üçün lazımsızdı? Tədbirə gəlməmək əvəzinə nə edə bilər? Yəqin evdə Angela Merkeli təhqir etmək üçün Twitter statusu yazır”.
Mətbuat azadlığını unutmayan Obama, jurnalistlərə təşəkkür edib.
Obama danışığını yekunlaşdırdğı məqamda “deyə biləcəyim daha iki kəlimə var: Obama qaçar” söyləyib və mikrofonu yerə anidən yerə qoyub. Bu hərəkət salondakılara təsir edib və uzun müddət alqışlayıblar.