Sankt-Pterburq şəhər hərbi komissralığının hərbi-həkim komissiyasının sədri Samir Mürsəlov artıq iki həftədir həbs edilib. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, İstintaq Komitəsi onu Peterburq hərbi komissralığında həkim mütəşəkkil cinayətkar qruplaşmasının başçısı hesab edir. Başqa sözlə desək, əslən azərbaycanlı olan həkim gənclərin hərbi xidmətə yararsız olması barədə tibbi rəyləri təşkil edən kriminal biznesin yaradıcısı, ilhamçısı və ticarətçisidir. Ancaq bütün bu ittihamları istintaq sübut etməlidir.
Vəzifəni qorumaq üçün milyon
Bu tarixin başlanğıcını şəhər hərbi komissarlığının səfərbərlik ehtiyataları şöbəsinin rəis müavini Olqa Leonovanın tutulması hesab etmək olar. Onu 2015-ci ilin dekabr ayında ordudan yayınmaq üçün saxta xəstəlik sənədinin düzəldilməsi əvəzinə aldığı 130 min rublla saxlayıblar. Sonra qurulmuş hərbi biznes oyuncaq ev kimi dağılmağa başlayıb. Leonovanın ardınca Krasnoselsk hərbi komissarlığının baş həkimi Vladimir Krupinin və Kalininski hərbi komissarlığının keçmiş əməkdaşı Yuri Berejnyov tutulublar. Onların hər üçü müstəntiqin otağında ifadə verəndə Samir Mürsəlovun adını çəkiblər.
Dekabr ayında rüşvət alma maddəsi ilə cinayət işi açılıb, ardınca 17 rayon hərbi komissarlıqda axtarış aparılıb. Sonrakı operativ-istintaq fəaliyyəti güc strukturlarına hərbi-həkim komissiyasının sədrinə pul ötürən bir şəxsin izinə düşməyə imkan verib. İstintaqa artıq məlumdur ki, hərbi komissarlıqların baş həkimlərinin hərəsi hər il Mürsəlova öz vəzifələrini qorumaq naminə bir milyon rubl rüşvət veriblər.
İstintaq Komitəsi belə hesab edir ki, çağırışdan yayındırmaq biznesi böyük ayaqla yeriyirmiş. Şəhərdə işləyən bir neçə saxta firmaya potensial çağırışçılar kömək üçün müraciət edə biliblər. Ödənişdən sonra siyahılar rayon hərbi-həkim komissiyalarını göndərilir, burada həkimlər saxta diaqnozlar qoyur, çağırışçılara hərbi xidmətə yararsız olması üçün müxtəlif dərəcəli sənəd verirdilər. Sonradan həmin kağızlar şəhər hərbi komissarlığının hərbi-həkim komissiyasına bilavasitə Mürsəlovun imzası ilə daxil olurdu. İstintaq istisna etmir ki, çoxdan və möhkəm qurulan bu sistem saat kimi işləyib. Baş həkimə pul vasitəçilərlə axdılıb.
Bu versiyanı Mürsəlovun Sankt-Peterburq və Leninqrad vilayətindəki mənzillərində, eləcə də şəhər kənarındakı iş kabinetində aparılan axtarışlar da təsdiqləyir. Axırıncı yerdə gənclərin soyadları olan maraqlı siyahılar tapılıb.
Arayış
Samir Osman oğlu Mürsəlov 1973-cü il fevralın 4-də anadan olub. S.M.Kirov adına Hərbi-Tibb Akademiyasının hərbi-hava qüvvələri üçün həkim hazırlayan fakültəsini bitirib. Tibbi karyerasına Rusiya Müdafiə Nazirliyinin 442-ci dairə hərbi kliniki hospitalında başlayıb. 2008-ci ildən Peterburq şəhər hərbi komissarlığının hərbi-həkim komissyasının sədri işləyib.
Ailə işi
Mürsəlov 2013-cü ildə həyat yoldaşının mülkiyyətindəki 3,8 milyon rubl dəyərindəki BMW X5 və 120 min rublluq digər avtomobilindən əldə etdiyi gəliri və həddi-buluğa çatmamış qızının adına mənzil olduğunu qeyd etməyi “unudub”. Nəticədə prokuroroluq həkimin mülkiyyəti ilə maraqlanıb. Sankt-Peterburq qarnizonunun hərbi prokuroru Vyaçeslav Labutin onun ünvanına yoxlama yollayıb. Həbsindən sonra istintaqı Mürsəlovlar ailəsinin mülkiyyəti necə əldə etməsi ciddi maraqlandırıb. Ona görə ki, Çernışevski prospektinin tarixi mərkəzindəki 136 kvadratmetrlik dəbdəbəli 5 otaqlı mənzili Samir Mürsəlovun öz əmək haqqı hesabına əldə etdiyi şübhələr yaradıb. Ştat cədvəlinə əsasən, o, 25 min rubl əmək haqqı alır. Lakin Mürsəlovlar ailəsinin pulu haradan əldə etdiyini başa düşmək üçün uzaq keçmişə nəzər salmaq lazımdır.
Hərbi pensiyaçı Osman Mürsəlov, Mürsəlovlar klanının rəhbəri və Samirin atası sadə adam deyil. Bəzi məlumatlara görə, Piterə yerləşməzdən əvvəl o, Almaniya Demokratik Respublikasında yerləşən hərbi hissələrdən birində, sonradan Riqada xidmət edib. Mənbələr onu da təsdiqləyir ki, artıq 90-cı illərin axırlarında Mürsəlovların qohumlarının Azərbaycanda böyük biznesi olub. Osman Mürsəlov hansısa zamanda Azərbaycanın baş seksopatoloqu vəzifəsində işləyib. Hərbçi pensiyaçının adına Samirin öz ailəsi ilə yaşadığı Çenışevski prospektində çoxmənzilli bina və bahalı “Mercedes” də qeydiyyatdadır.
Qeyd etmək lazımdır ki, Osman Mürsəlov öz oğullarını necə lazımdırsa, təmin edib. Onun üç oğlundan ikisi – Samir və Akim Hərbi-Tibb Akademiyasına qəbul olunublar. Digər kursantlardan fərqli olaraq qardaşların heç nəyə ehtiyacları olmayıb. Samir 3-cü kursu başa vuranda, “kazarma mövsümü” bitəndən sonra artıq Peterburqda özünə ayrıca mənzil alıb. Valideynləri isə Leninqrad vilayətindəki üçotaqlı mənzildə yaşayıblar.
Samir Hərbi-Tibb Akademiyasının bitirəndən sonra Müdafiə Nazirliyinin 422-ci hərbi hospitalına həkim vəzifəsinə götürülüb. Sankt-Peterburq şəhər hərbi komissarlığının sədri təyin olunandan sonra isə qardaşı Akimi də 2010-cu ildə orada işə düzəldib.
Samir Mürsəlovun təşkil etdiyi qruplaşmanın işi ilə hazırda Daxili İşlər Nazirliyi, Federal Təhqiqar Bürosu və Baş Hərbi Prokurorluq məşğuldur. İstintaq Mürsəlova qarşı bir neçə maddə üzrə ittiham irəli sürməyə hazırlaşır. Söylənilənlərə görə, bu cinayət işi çağırış komissiyalarındakı korrupsiyanın qarşısının alınmasına yönələn böyük miqyaslı əməliyyatın bir hissəsidir. Mürsəlovun keçmiş müavini, hazırda müstəqil hərbi-həkim komissiyasının sədri Sergey Strilçenko çəkinmədən deyir ki, son 6 ildə rüşvətxorluğa qarşı, o cümlədən Samir Mürsəlovun əməllərinə qarşı mübarizə aparıb. Onun iddiasınca, çağırışçılara saxta sənədlərin düzəldilməsi Samirin bu komissiyaya rəhbər gəlişindən sonra çox böyük vüsət alıb. Onun fikrincə, son 8 ildə hərbi xidmətə yayarsız olmaq, yaxud səhhətinə görə möhlət alan çağırışçıların 50 faizinə verilən sənəd saxta imiş.
Sergey Strilçenkonun fikrincə, bu gün çağırışdan yayınmaq üçün 120 min rubldan 200 min rubla qədər rüşvət ödənilir. Bunun 90 mini isə birbaşa hərbi komissarlıqlara gedir. Qalan pul vasitəçilərə qalır. Beləliklə, il ərzində 4-5 min adam hərbi xidmətə getməkdən azad olur.