Məşhur aktrisa Ancelina Coli “Malefisenta” filminin ikinci hissəsində çəkiləcək.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, Coli “Disney” şirkətinin istehsalı olan filmin davamında yenə də cadugər obrazında çıxış edəcək.
1959-cu il çəkilən “Yatmış gözəl” cizgi filminin remeyki əsasında ekranlaşdırılan filmdə gənc sehrbaz Malefisentanın həyatı önə çəkilir. O, meşədə əfsanəvi məxluqların ətrafında tənha həyat sürür, lakin bir gün hər şey dəyişir. Onun dünyasına məhvedici və xaos yaradan insanlar daxil olur, filmin qəhrəmanı ətrafındakıları müdafiə etmək üçün şər qüvvələri köməyə çağırır.
Qeyd edək ki, filmin premyera tarixi açıqlanmayıb.