Dünən “Survivor”da baş tutan Birləşmə Partisində iştirakçılar mahnı oxuyublar.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl yarışı tərk etmiş Nihal Candan da bu gün TV8-də “Survivor Panaroma” proqramında canlı mahnı səsləndirib.
Dünənki iştirakçıların bəziləri kimi Nihalın da ifası gülüşlə qarşılanıb, sosial mediada müxtəlif zarafatlar yazılıb. Türkiyə mediası isə Nihalın ifasını “Eşidənlər kanalı dəyişdirdilər”, “Acunun kanalını açanlar çaşıb qaldılar” başlığıyla verib.
Videonu izləmək üçün şəklə klikləyin: