Türkiyə Spor Toto Basketbol Liqasının “Qaziantep” – “Fənərbağça” qarşılaşması təxirə salınıb.
Axar.az xəbər verir ki, matçın təxirə salınmasına səbəb Qaziantepdə bu gün baş verən terror aktıdır. Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı Türkiyə Basketbol Federasiyası qərar verəcək.
Qeyd edək ki, bu gün Qaziantepdə baş verən terror aktı nəticəsində 1 polis şəhid olub, 23 nəfər isə yaralanıb.