Cəbhədə baş verən son hadisələrdən sonra ermənilər Sərsəng su anbarının mühafizəsini bir qədər də gücləndiriblər.
BAKU.WS Erməni KİV-lərinə istinadən xəbər verir ki, su anbarının mühafizəsi üçün İrəvandan gətirilən xüsusi təyinatlı polis dəstəsinin yeni görüntüləri yayılıb.
Xwsusi təyinatlılar xüsusilə gecə saatlarında su anbarının ətrafını qarış-qarış axtarırlar. Düşmənin necə təşvişdə olması kadrlardan aydınca görünür.