Tacikistanda “-ov”, “-ova”, “-oviç”, “-ovna” kimi rus sonluğu ilə bitən familiyalar rəsmi şəkildə qadağan olunub.
Avropa.info xəbər verir ki, bu barədə Tacikistanın VVAQ orqanının nümayəndəsi Cəlaləddin Rəhimov məlumat yayıb.
O qeyd edib ki, uşaqları üçün rus familiyalarını saxlamaq istəyən şəxslərlə maarifləndirici iş aparılır. Tacik rəsmi deyib ki, vəziyyət dəyişməsə, 10 ildən sonra tacik uşaqların yarısı milli, digər yarısı ruslaşdırılmış familiya daşıyacaqlar.
Onun sözlərinə görə, bundan sonra doğulan taciklər “zod”, “zoda”, “y”, “iyon”, “far” sonluqlu soyadlar daşıyacaq. Qanuna dəyişiklik ölkə parlamenti tərəfindən hələ yanvar ayında qəbul olunmuşdu. Qanun ancaq tacikəsilli vətəndaşları əhatə edəcək. Digər etnoslar özlərinə uyğun soyad daşıya bilərlər.