Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan nişanlısı Səlcuq Bayraktar ilə evlənir.
Medianews.az türkiyə mətbuatına istinadən xəbər verir ki, toy may ayının 14-də baş tutacaq.
Ərdoğanın kürəkəni, pilotsuz uçuş aparatları istehsal edən “Baykar Makina” şirkətinin sahibi Özdemir Bayraktarın oğlu Səlcuq Bayraktardır.
Nigah may ayının 14-də “İstanbul Küçükçekmece”dəki Yahya Kamal Beyatlı Mədəniyyət Mərkəzində baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl martın 12-nə planlaşdırılan nişan mərasimi ərəfəsində kürəkən Səlcuq Bayraktarın atasının səhhətində problem yaranmışdı və Özdemir Bayraktar xəstəxanaya yerləşdirilmişdi. Bu səbəblə də nişan mərasimi təxirə salınmışdı.
Prezidentin kürəkəni Səlcuq Bayraktar Elektron Mühəndisliyi sahəsi üzrə təhsil alıb. Daha sonra ABŞ-a gedərək, “Universitety of Pensilvaniya”da pilotsuz təyyarələr üzrə master, “Massachusetts” Texnologiya İnstitutunda robot nəzarət sistemləri üzrə təhsilini davam etdirib.
Selcuq Bayraktar 11 ildir ki, öz şirkətində işləyir.
Turan ORUC
Medianews.az