Uzun müddətdir aktyor atası Cihan Ünalla küsülü olan aktrisa İrmak Ünal onunla barışıb.
Axşam.az “Sabah”a istinadən xəbər verir ki, 2004-cü ildə atasının qəbul etmədiyi şəxslə Amerikada ailə quran İrmak mükafatlandırma mərasimlərinin birində artıq C.Ünalla münasibətlərini qaydasına saldığını bildirib:
“Atamın xasiyyəti çox ağırdır. Ancaq daha aramız çox yaxşıdır. Atamla küsülü deyilik. Onsuz da heç vaxt “kaş atam başqası olardı” kimi fikrə də düşməmişəm”.
Qeyd edək ki, Cihan Ünal aktrisa Türkan Şorayın qızı Yağmurun da atasıdır.