“Səhər zəngi” verilişimin bağlanması maddi büdcəmə təsir etdi. Əlavə işin olması böyük dəstəkdir. Amma vəziyyətlə ayaqlaşıram”.
Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Vüsalə Əlizadə deyib. O, ATV-dəki “Qadına görə” proqramından bəhs edib:
“Sağlamlıq cəhətdən qabağa düşmüşəm. Əvvəl çox işləyirdim. Ailəmdən, dostlarımdan uzaq qalmışdım. Amma səhər tez durmaq çox yaxşı idi. APA TV-də format dəyişikliyi olduğu üçün, şou xarakterli verilişlər dayandırıldı. “Qadına görə” verilişim isə gözəl davam edir, reytinqlər də yaxşıdır. Mən verilişdə boş-boş danışmıram, böyük işlər görürəm. Tamaşaçı da bunu qiymətləndirir”.
http://s020.radikal.ru/i701/1604/24/15086a22c4bf.jpg
http://s020.radikal.ru/i720/1604/91/e7cf56e114ac.jpg