Müğənni Mayli Sayrusla sevgilisi Liam Hemsvort yenidən barışıblar.
Axşam.az xarici mətbuata isitnadən xəbər verir ki, tez-tez küsüb-ayrılan cütlük gözlənilməz qərara gəlib. Belə ki, Mayli ilə Liam bu yay toya hazırlaşırlar. 23 yaşlı müğənninin toy təşkilatçısı isə anasıdır.
Xatırladaq ki, 2009-cu ildə “The last Song” (“Sonuncu mahnı”) filminin çəkilişləri zamanı tanış olan Sayrusla Hemsvort bir müddət dost münasibəti saxlasalar da, daha sonra sevgili olublar.