Dünya birjalarında neft bahalaşmağa davam edir. ANS PRESS-in məlumatına görə, hazırda dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 45 dollar təşkil edir.
“WTI” markalı neftin qiymətində də cüzi bahalaşma hiss olunur. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 44,05 dollar dəyərində müəyyən olunub. Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 45,42 dollar təşkil edib. Bu gün dolların dünya valyutalarına nisbətdə ucuzlaşması fonunda neftin dünya bazarında qiymətləri artmağda davam edib. “Qara qızılın” qiymətində orta hesabla 3% artım qeydə alınıb.
Ötən gün dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 44,89 “Texas” markalı neftin bir barelinin qiyməti isə 43,08 dollar olub.