Türkiyə Silahlı Qüvvələri Suriyanın Hələb şəhərindəki İŞİD mövqelərinə ağır zərbələr endirib.
Axar.az xəbər verir ki, hücum zamanı 11 İŞİD-çi zərərsizləşdirilib. Həmçinin terrorçuların bir binası da yarasız hala salınıb. Türkiyə Silahlı Qüvvələrinin “Fırtına” adlı raketlərlə İŞİD mövqelərini hədəf aldığı bildirilib.