NATO bir neçə ildir ki, Rusiyanı başlıca olaraq təhlükə görür.
Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
“Vladimir Putin dəfələrlə Rusiyanın bütün dünya ölkələri ilə normal və hərtərəfli əlaqələr yaratmaq istədiyini bildirib. Unutmaq olmaz ki, NATO son illər Rusiyanı əsas təhlükə kimi qəbul edir. İttifaq Rusiya sərhədlərinin yaxınlığında hərbi varlığını artırır. Təbii ki, bu da gərginliyin artmasına səbəb olur”, – Peskov bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama NATO və Avropa Birliyini təhdid olaraq görən Putinin böyük səhv etdiyini açıqlamışdı.