İŞİD terrorçuları Suriyanın İsrail ilə sərhədində bir neçə kəndi işğal edib.
Axar.az xəbr verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb. İŞİD-ə bağlı “Yermuk şəhidləri” briqadası İsrail və İordaniya ilə sərhəd bölgədə Qərbin dəstəklədiyi silahlı qruplaşmaları məğlub edərək, xeyli ərazini nəzarətə götürüb. Təşkilatın, xüsusən, İsrail tərəfindən işğal olunmuş Qolan təpələrinə yaxınlaşdığı vurğulanır. “Təxminən 900 terrorçu Kuneytra bölgəsində bir neçə kənd və qəsəbəni ələ keçirib. Bu da İsrail və İordaniyada narahatlıq yaradıb”, – dərgi qeyd edib. Xatırladaq ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri İŞİD-in Qolan təpələri yaxınlığında Nüsrə Cəbhəsi ilə birləşdiyini açıqlamışdı.