Trabzonda baş tutan bir toyda gözlənilməz hadisə baş verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, şadlıq evində bəylə gəlin qayıqla salona enərkən texniki problem üzündən qayıq aşıb və səbəbkarlar yıxılıb. Həmin anların videosu qısa müddət ərzində internetdə yayılıb.
Salonun sahibi problemin nə olduğunu hələ də tapa bilmədiklərini, texniki olaraq heç bir problemin olmadığını iddia edir:
“Bu kəndirlər 4 ton yük çəkə bilər. Bunun tək açıqlaması var, o da göz dəydi. İnsanların gözü, nəzəri təyyarəni də düşürə bilər”.
Hadisə zamanı ciddi zədələnməyən Yücel cütlüyü isə ertəsi günü ikinci toy tarixi təyin edərək yarımçıq qalan şad günlərini sona çatdırıblar.