Amerikalı aktyor Patton Osualtın yazıçı həyat yoldaşı Mişel McNamara ötən gün dünyasını dəyişib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, 46 yaşlı yazıçı gecə yatıb, səhər oyanmayıb. Onun ölüm səbəbi hələ məlum deyil.
Qeyd edək ki, Mişel “True Crime Diary” internet portalının yaradıcısı olub. O, saytda cinayət işləri ilə bağlı fikirlərini bölüşürmüş.