Türkiyəli aktyor Kıvanç Tatlıtuğla evlənən Başak Dizerin məşhurluğu daha da artıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, moda məsləhətçisi olan Başak bir reklam şirkətindən təklif alıb. O isə Fahriye Evcen və Azra Akınla özünü eyni sırada tutaraq 500 min lirə (265 min manat) istəyib. Onun bu tələbi relam menecerlərini də təəccübləndirib.
Ailə qurduqdan sonra özəl kanallardan birində aparıcılıq edən Başak bu iş üçün ayda 7 min lirə maaş alır.
Firmalar onu həyat yoldaşı ilə eyni reklamda çəkmək üçün bir-biri ilə yarışa girib.