Bir müddət əvvəl Suriyaya göndərilən rusiyalı minaxtaranlar İŞİD-ə məxsus geniş silah-sursat anbarı aşkar edib.
Axar.az xəbər verir ki, axtarış qrupu anbarda 12 minə yaxın döyüş sursatı tapıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumatı təsdiq edərək silah arsenalının zərərsizləşdirildiyini deyib.
“Kəşfiyyat qrupu Tadmor şəhəri yaxınlığında terror qruplaşmasının yaxşı masakalanmış və mühafizə edilmiş silah anbarını tapıblar. Anbarda 12 min döyüş sursatı, o cümlədən müxtəlif minalar, artilleriya qurğuları saxlanılır”, – Konaşenkov qeyd edib