Suriyadakı Rusiya hərbi qüvvələri iki dəfə İsrail döyüş təyyarələrinə atəş açıb.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronot” qəzeti məlumat yayıb.
Qəzetin iddiasına görə, İsrail Prezidenti Reuven Rivlin hadisə barədə martın 15-də Moskvaya səfəri zamanı Vladimir Putinə məlumat verib. Ancaq Putin bu hadisədən xəbərsiz olduğunu deyib.
Ölkənin aparıcı “Kanal 10” televiziyası isə Rusiya döyüş təyyarələrinin Aralıq dənizi sahilində uçan İsrail reaktivlərinə təzyiq etdiyini açıqlayıb.
İsrail ordu rəsmiləri mövzu ilə bağlı “Röyter”in sorğusuna cavab verməyib.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya səfəri zamanı üstüörtülü şəkildə məsələyə münasibət bildirmişdi.
“Bura bir məqsədlə gəldim. Məqsədim gərəksiz meydan oxumalar və səhv müqavilələrdən qaçmaq üçün təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməkdir”, – demişdi.
Vladimir Putin isə “Bunlar aydın səbəblər, bölgədəki vəziyyət çox mürəkkəbdir”, – deyə cavab vermişdi.