Dörgünlük müharibədə aldıqları zərbədən sonra ermənilərin Sərkisyan hakimiyyətinə qarşı etirazları davam edir.
Axar.az xəbər verir ki, İrəvanın mərkəzində Sərkisyana qarşı başlayan aksiyada bu gün 42 nəfər həbs edilib.
Erməni mediası saxlanılanlarla bağlı hələlik hər hansı rəsmi açıqlama ala bilməyib. Ancaq həbs edilənlər sırasında tanınmış isimlər, o cümlədən ictimai fəallar da var.
Qeyd edək ki, Azadlıq meydanına toplaşan aksiya iştirakçıları Ermənistan hakimiyyətinə qarşı şüarlar səsləndiriblər və Baqramyan prospektinə gedərək, Sərkisyana tələblərini çatdırmaq istəyiblər.
İştirakçılar Ermənistanın xarici işlər naziri də daxil olmaqla, hərbi rəhbərliyin istefasını, o cümlədən məmurların oğurladığı milyonların büdcəyə qaytarılmasını tələb ediblər.
Prezident rezidensiyasının yerləşdiyi Baqramyan küçəsində isə yürüşçüləri polislər qarşılayıb. Polis zorakılığı ilə dağıdılan mitinqdə azı 42 nəfər həbs edilib.