Stilist Nigar İbrahimova yaz-yay dəbindən danışıb.
Axşam.az-a açıqlama verən vizajist bu il dəbdə 1970-ci illərin modasına üstünlük veriləcəyini deyib:
“2016-cı ilin geyimləri 70-ci illərin dəbini xatırladır. Buna görə də saç və makiyaj tipi də o dövrlərə uyğun olmalıdır. Bu yay şeffon və krujevalı libaslar üstünlük təşkil edəcək. Yumşaq dəridən olan geyimlər yenidən dəbə qayıdır. Makiyajda solğun çəhrayı, parlaq zümrüd, zərif yasəmən, mavi, narıncı, qəhvəyi, qatılaşdırılmış süd rəngləri üstünlük təşkil edəcək. Marsal rəngi 2016-cı ildə də öz aktuallığını qoruyub saxlayacaq. Dəri rəngində tonal krem vurulmalı, ənlikdən istifadə edilməməlidir. Bir də tuş istifadə edilməli, dodaq rəngində boya çəkilməlidir”.
N.İbrahimova zədələnmiş saçlar üçün məsləhətlər verib:
“Ayda bir dəfə saçın ucundan kəsmək lazımdır ki, sürətli uzansın. Saçlarda yay ərəfəsində saraldıcı boyalardan istifadə edilməsin. Çünki günəş şüası saç uclarının haçalanmış formasını daha qabarıq büruzə verir. Çalışdığınız qədər nəmləndirici maskalardan istifadə edin. Saçınızı isə dəri rənginizə uyğun boyatdırın. Bu il karamel, bal köpüyü, tünd qəhvəyi, fındıq qabığı rəng dəbdə olacaq”.