Amerikalı aktyor, rejissor və ssenarist Corc Kluni “Esquire” jurnalının may sayına müsahibə verib.
Axşam.az-ın məlumatına görə, iki il əvvəl vəkil Amal Kluni ilə ailə quran Hollivud ulduzu şəxsi həyatından danışıb. Corc xanımına çox aşiq olduğunu bildirib: “Əsl sevgini 52 yaşımda tapdım və çox xoşbəxtəm. İndiyədək münasibətlərimin heç birində bu qədər xoşbəxt olmamışdım. Həyat yoldaşıma olan sevgi hisslərim sonsuzdur…”.