Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfərinə etiraz olaraq İrəvanda etiraz aksiyası başlayıb.
BAKU.WS xəbər verir ki, aksiya iştirakçıları Azadlıq meydanından Xarici İşlər Naziriyi və Rusiya səfirliyi istiqamətində yürüşə başlayıblar. Qeyd edək ki, Lavrovun səfəri əsasən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlıdır. Onun Ermənistan hakimiyyətinə münaqişəsinin nizamlanması ilə bağlı xüsusi təkliflər paketini təqdim edəcəyi bildirilir.