Böyük Britaniyanın tanınmış aktrisası və bəstəkarı Viktoriya Vud 62 yaşında vəfat edib.
“Report” xəbər verir ki, aktrisa uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
V.Vud komediya aktrisası kimi tanınıb. 1980-ci ildən başlayaraq Britaniyada çəkilən komediya seriallarında rol alıb.
Yaradıcılığı boyu 53 filmə çəkilən aktrisanın ən yaxşı ekran əsəri “Balet ayaqqabısı” filmində yaratdığı obraz olub.
2008-ci ildə V.Vud Britaniya İmperiyasının komandor ordeni ilə təltif edilib. Beş dəfə BAFTA kino mükafatına sahib olub.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.