Rusiyanın Ədliyyə Nazirliyi ləğv edilmiş Krım Tatar Milli Məclisini radikal qruplaşmaların siyahısına salıb.
Axar.az xəbər verir ki, bu barədə nazirliyin saytında bildirilib. Məlumatda Krım Tatar Məclisinin radikal fəaliyyətlərinə görə bu siyahıya salındığı qeyd edilib.
Qeyd edək ki, Krımın Baş prokuroru Natalya Poklonskaya aprelin 13-də Krım Tatar Məclisini ləğv etmək barədə qərar qəbul etmişdi.