ABŞ-dan olan it Aspen internet ulduzuna çevrilib.
AzNews.az xəbər verir ki, onun “İnstagram” səhifəsinin 160 mindən çox izləyicisi var. Aspen dünyanın ən fotogenik iti hesab olunur.
“Biz onu gülməyə məcbur etmək üçün heç nə etmirik. Sadəcə o həqiqətən xoşbəxtdir”, – deyə Aspenin sahibi, fotoqraf Hanter Lourens bildirib.
Lourens 4 ildir ki, Aspen in qayğısına qalır. Onun sözlərinə görə, itini himayəsinə götürəndə, o, çox balaca imiş. Çəkilişlər üçün Aspen və həyat yoldaşı yerli dağlara və hətta uzaqlara da gedirlər. Lourensin sözlərinə görə, onlar artıq Aspeni xaltada saxlamırlar. Belə ki, o, həmişə getdiyi yerdən geri qayıdır.