Yaponiyada intellektual oyunların birində iştirakçılara xəritədə Azərbaycanı tapmaq təklif olunub. FaktXeber.com-un məlumatına görə, bundan sonra studiyada maraqlı anlar yaşanıb. İştirakçılar sualın çətinliyinə görə, zarafatyana narazılıqlarını bildiriblər.
Sözün doğrusu,oyunda iştirak edənlərin xəritədə Azərbaycanın ərazisini tapmamaları, o qədər də təəccüblü deyildi. Çünki onlar sıravi iştirakçılar idi və dünyada bütün dövlətlərin yerini dəqiq bilməmələri mümkündür. Ancaq təəccüblü olan, onlara qonşu olan Rusiya Federasiyasının ərazisini Azərbaycan kimi göstərilməsiydi.