Türkiyənin məşhur aktyoru Tolqahan Sayışman homoseksual obrazda çıxış etməyə normal münasibət bəslədiyini bildirib. Dostları ilə şam yeməyindən sonra restoranın qarşısında jurnalistlərlə qarşılaşan aktyor sevgi-məhəbbət suallarından bezdiyini, fərqli sual gözlədiyini deyib. Elə bu vaxt jurnalistlərdən biri Tolqahan Sayışmana belə bir sual verib: “Filmdə homoseksualı oynayarsınızmı?”
“Mənim üçün əsas olan ssenarini bəyənib-bəyənməməyimdir. Əgər bəyənərəmsə rollar arasında ayrı-seçkilik etmərəm”, -deyə məşhur aktyor cavab verib.
Aktyora verilən növbəti sual isə gəlirlərini necə xərcləməsi barəsində olub. Aktyor bildirib ki, bütün qazancını daşınmaz əmlaka yatırır.
Medianews.az