Bir neçə gün əvvəl televiziya proqramlarında haqqında yalan xəbərlərə etiraz edən müğənni Demet Akalın dünən əyləncə mərkəzlərindən birində səhnəyə çıxıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnalistlərdən küsdüyünü deyən Demet bütün müsahibələri rədd edərək “heç kimlə danışmaq istəmirəm” deyib.
Səhnə arxasında da sualları eşitməməzlikdən gələn müğənninin əri Okan Kurt işə qarışınca problemlər yaranıb. Jurnalistləri təhqir edən Okan əsəbiləşərək qarşısındakı stulları təpiklə aşırdıb. Şahidlərin dediyinə görə, küçə söyüşləri ilə qışqıran Kurtun bu halı hər kəsi təəccübləndirib.