Bu il “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səmra Rəhimlinin “Miracle” (“Möcuzə”) mahnısına remikslər hazırlanıb.
“Report”un məlumatına görə, remikslər Danimarkanı 2010-cu ildə “Eurovision” mahnı müsabiqəsində təmsil edən Tomas Neverqrin və Azərbaycandan olan tanınmış musiqiçi DJ Kamil tərəfindən hazırlanıb.
Azərbaycanlı ifaçının mahnısını yüksək səviyyədə dəyərləndirən Tomas Neverqrin Səmra Rəhimliyə müsabiqədə uğurlar arzulayıb.
Qeyd edək ki, Səmra Rəhimli 14 nömrə altında mayın 10-da keçiriləcək birinci yarımfinalda çıxış edəcək.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.