Böyük Britaniya şahzadəsi Uilyamla Kembric Hersoginyası Keyt Midltonun Hindistan və Butan səfərləri yekunlaşıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, kral ailə üzvləri səfərlərinin sonuncu günündə Tac-Mahalı ziyarət ediblər. Şahzadə Uilyam 15 yaşında ikən itirdiyi anası Diananın 24 il əvvəl oturduğu skamyada əyləşərək ətrafı seyr edib. Şahzadə Diananın adı ilə tanınan skamyada əyləşərkən Uilyam duyğulu anlar yaşayıb.
Xatırladaq ki, Şahzadə Diananın həmin skamyada əyləşərkən çəkdirdiyi foto şahzadə ilə evli olmasına baxmayaraq, xoşbəxt yaşamayan qadının “tənhalığının şəkli” adlandırılmışdı.
http://s018.radikal.ru/i508/1604/82/c4e5d2cc9f20.jpg
http://s015.radikal.ru/i331/1604/16/db76f6fd9196.jpg
http://s14.radikal.ru/i187/1604/6a/aba38b16e50c.jpg
http://s010.radikal.ru/i312/1604/1a/9d33efe5abb0.jpg
http://s017.radikal.ru/i434/1604/de/1ec133a16c00.jpg
http://s017.radikal.ru/i406/1604/8d/937c87c8f4b5.jpg
http://s011.radikal.ru/i315/1604/2b/95e022b23654.jpg