Müsabiqənin qalibinə ağ qızıldan eksklüziv tac təqdim olunub.
“Miss Rusiya-2016” müsabiqəsinin qalibi tituluna Tümen şəhərindən olan 18 yaşlı tələbə Yana Dobrovolskaya sahib çıxıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, müsabiqənin finalı aprelin 16-da Moskva vilayətində Barvixada Luxury Village konsert zalında keçirilib.
Müsabiqənin qalibinə 3 milyon rubl dəyərində pul mükafatı, avtomobil, brilyantlarla və mirvariylə bəzənmiş ağ qızıldan eksklüziv tacı təqdim olunub. Mükafatı Miss Rusiya 2015-in qalibi Sofiya Nikitçuk təqdim edib.
Həmçinin o Rusiyanı “Miss Dünya” və “Miss Kainat” gözəllik müsabiqələrində təmsil etmək hüququnu qazanıb.
İkinci yeri Orenburq təmsilçisi Yuliana Korolkova tutub. Yuliya Xoroşavina (Kirov) isə üçüncü olub.