105565_1

Ekvadorda güclü zəlzələ baş verib.

AzNews.az xəbər verir ki, 7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 16 nəfər Portovyexo şəhərində ölüb, 10 nəfər – Manta şəhərində, daha iki nəfər isə Quayas əyalətində ölüb.

Son məlumata görə, zəlzələ nəticəsində 77 nəfər həlak olub, 588 nəfər yaralanıb. Bu barədə ölkə prezidentinin administrasiyanın mətbuat xidməti məlumat yayıb.

Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb.