“Biz Ermənistanla müharibə aparmamışıq, müharibə aparsaydıq, bir həftədə xeyli irəliləyərdik”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında deyib.
Parlament sədri bildirib ki, Azərbaycan sülh tərəfdarıdır: “Ona görə də Azərbaycan ilk olaraq birtərəfli qaydada atəşkəs elan etdi. İndi də sülh danışıqları gedir. Biz bütün hallarda müharibəyə hazırıq, buna dövlətimizin, ordumuzun gücü var”.